TANRIM, MƏNİ XATIRLA - Kamala Abiyeva Aydın Qızı
Məni xatırla hərdən,
Tanrım, bir sor “necəsən?”
Ürək bu sözə acdı,
həyatımsa möhtacdı...
Sevginin günahı var,
sevməyinsə cəzası,
Bilmədim...
Necə sevdim olmadı,
Bir az sevincə yetmədi.
Məni xatırla hərdən,
Tanrım, məni xatırla.
Bəlkə mən ən xoş bəxtəm,
bəlkə də ən bəd bəxtəm.
Bəlkə fəsil kimiyəm,
Qışam, yayam, ya yazam,
bəlkə elə payızam?
Tanrım, bir bax necəyəm?
Kiməm, nəyəm, nəçiyəm?
Bəlkə bir kimsəsizəm,
ya ay-ulduzsuz gecə?
Bəlkə izsiz bir küçə,
ya qapısı bağlı bir ev....
Məni xatırla, Tanrım,
nolar, bir azca da sev.
Məni xatırla hərdən,
mən də bilim necəsən.