Emin Piri -Boyatlamış dərdlərin var...
Boyatlamış dərdlərin var,
boyat, köhnə dərdlərin.
Adam da sadiq olar-
dərdlərinə, dərdlərinə?!
Əl atıb qoparsam
ürəyindən kədərini.
Görərsənmi-
əllərimi, əllərimi?!
Bir qızımız olar
gözləri qəhvəyi gülən-
elə sənin kimi.
Qoşulub ona gülə-gülə
saçlarımı yolarsanmı,
Yolarsanmı?!
Sənsiz-
Oyuncağı əlindən alınmış uşaq kimiyəm.
Çağırsam ki, gəl-
sevindir bu saqqallı uşağı-
Gələrsənmi,
Gələrsənmi?!