Xanım İsmayılqızı- Yağır, yağır yenə də
Yağır, yağır yenə də,
Göylərdən sirdaş yağır.
Nə bu gündü, nə sabah,
Yağan da nimdaş yağır.
Yanıb sönənlərin də,
Ruha çönənlərin də,
Göydən dönənlərin də,
Gözlərindən yaş yağır.
Keçmişi yuya bilmir,
Vaxtını saya bilmir,
Yağmaqdan doya bilmir,
Yollara yoldaş yağır.
Səpələnir küçəyə,
Atılır heç neçəyə.
Adam adlı gecəyə,
Qızıl kimi daş yağır.
Yağır, yağır yenə də,
Göylərdən sirdaş yağır.
Nə bu gündü, nə sabah,
Yağan da nimdaş yağır.
23.11.2026