Ağaevli Əli Hacı - Qışın ortasından keçirəm
Qışın ortasından keçirəm,
köhnə tanışı kimi.
Dünyanın ən ağır yükü-
ümüdləri daşıyıram özümlə !
Şaxtaların üzünə,
gizlətmişəm əllərimi.
Qar üstündə təzə notlar yazıram,
qirx bir ölçülü izimlə !
Ot tayası arasında gizlənib sərçələr,
İsinir aclığının üzünə.
At oynadır soyuqlar ortalığda,
yeriyirəm gözümlə !
Tərləyir yol boyu,
duzlaşmış oynaqlarım.
Qışın ortasından keçirəm,
əl ağacı bildiyim dözümlə !