Şakir Xanhüseyn : - BULAŞIQLI...

Yağan yağış bulaşıqlı,
qar bulaşıqlı,
göz yaşıtək axıb gedən
by sular bulaşıqlı...
Bulaşıqlı sözlər, fikirlər də var,
adamı salırlar ağır dərdə, var...
Və görürsən bir əl bulaşıqlıdı,
yüz iş, əməl bulaşıqlıdı...
yol təmiz, ayaq bulaşıqlısa,
vay, niyyətlər, bax, bulaşıqlısa...
Hə, bəyim,
nə deyim;
ürəkdən inanaq ki,
bulaşıqlar gedəridi,
paklıq əbədi...