Şakir Xanhüseyn - BİR TİKƏ ÇÖRƏK...
bir tikə çörəyi az bilmə, qardaş,
bir tikədən yana
atılar oda ,
hətta
taxtaya çaxılmış mismarlar üstdə
yalınayaq belə addımlarsan da.
görərsən onda
sənin bütün cəsarətin, hünərin
gedib-gedib dirəndi
bir əlcə çörəyə,
unutma bunu
və daha yaxşı anlarsan çörək önündə
boynunun bir tükdən də
nazik olduğunu...