Şakir Xanhüseyin - bəs niyə dostları qoruyammırıq?..

Ədəbiyyat 08:12 / 18.11.2025 Baxış sayı: 809

K. K-nin xatirəsinə

Dönür hay-haraya sükutumda bir

səs, niyə dostları qoruyammırıq...

Bürüyür elə bil dörd dövrəmizi

sis, niyə dostları qoruyammırıq...

 

Bir nəfəs gedirsə, gəlmirsə, heyif,

yüz üzdən bircəsi gülmürsə, heyif...

Hələ bilənlər də bilmirsə, heyif;

biz niyə dostları qoruyammırıq...

 

Dərd qona bir cana, istəyirikmi,

bir kirpik qırpına, istəyirikmi,

Bir göz də qapana, istəyirikmi,

bəs niyə dostları qoruyammırıq?..