Ələddin Əzimli : - İSTƏK
"Sözlərdəki sən"dən
Yuxularımda tez-tez
Meh-yarpaq pıçıltısı,
Ayağım altındakı
Ot-ələf xışıltısı
Salır səni yadıma.
Yatmışamı, oyağammı,
Hardan bilim bunu mən?
Tökülür yatağıma
Bumbuz damlalar dən-dən
İsinməkçün oduma.
Soyutma, gəl hücrəmi,
Getmə uzağa, zalım.
Məni simə qəlbindən,
Yanımda ol, güc alım.
Bilim yetdin dadıma.
Nə vaxtadək de, sənsiz,
Yalqız, tənha yaşayım?
Ağrını, əzabları
təkcə necə daşıyım,
dözərək inadına?!
İnsaf et, alma məndən,
Gecəmi, gündüzümü.
Yaz qəlbinə, unutma,
Sadiq ol şərəfimə, adıma.
Soldurma çiçəkləri,
Əzizlə soyadımı,
Rəng qat, gəl həyatıma.