SÜLEYMAN ABDULLA - SUSAN ŞEİR

Ədəbiyyat 13:08 / 16.03.2026 Baxış sayı: 106

 

Mən yenə susmağı sınadım, ey dost,

Düşər-düşməzi var bəzən harayın.

Çox zaman özümü qınadım, ey dost,

Səbəbi qəlbimi əzən harayın.

 

Ümid puça çıxdı yenə bu yaz da,

Sinəmdə çıxmadı bir qıya susmaq.

Həyat çətinləşir hər gün bir az da,

Ən çətin üsyandı tanrıya, susmaq!

 

Taleyin bu da bir qəzasıdır, dost,

Tərsinə həkk etmək düzü divara.

Dünyanın ən ağır cəzasıdır, dost,

Susaraq dayanmaq üzü divara.

13.03.2026