Kəmaləddin Qədim : - DÜŞÜRSƏN, BİR AZ ASTA DÜŞ...
Ədəbiyyat
09:26 / 16.03.2026
Baxış sayı: 277
Dünya gidi, ömür fani,
vaxt qısa, yol uzun, gözəl.
Cavablaya bilmədik heç
tək bircə sorusun, gözəl.
Üstəydin, gözüm üstdə, düş,
Qalım beləcə yasda, düş.
Düşürsən, bir az asta düş,
düş, Allah qorusun, gözəl...
Son verirəm, son, ağıma,
Dözəcəm sinə dağıma.
Göz yaşımı yanağıma
sərirəm, qurusun, gözəl...