Sabir Zəkullaoğlu Əlövsət Saldaşdan yazdı

YAZARLAR 16:06 / 15.06.2024 Baxış sayı: 1680

Əlövsət Saldaş!

İnsan istedadlı ola bilər. Bacarıqlı, işgüzar, şair, yazıçı, rəssam, lap qəhrəman da ola bilər.

Ancaq şəxsiyyət olmaq hər kəsə nəsib olmur.

Mənə görə şəxsiyyət olmaq üçün, insanda ilk lazım olan, əxlaqdır.

Onun içində hər şey var.

Diqqətdən tutmuş, sevgiyə, dostluğa, insanlığa qədər.

Adam var istedadı var.

Ancaq onun yanında beş dəqiqədən artıq davam gətirə bilmirsən.

İstedadsızların, iddiası, təkəbbürü, heç yerə göyə sığmır.

Əlövsət Saldaş hələ uşaq yaşlarımdan, mətbuatdan tanıyırdım.

Sonra daha yaxından tanımaq, hətta evində qonaq olub, çörək kəsmək imkanım da oldu.

Əlövsət Saldaş haqda bir kitablıq yazı yazaram. Sözlərim yenə də bitəməz, tükənməz.

Ən istedadsız adam Əlövsət müəllimlə bir dəfə görüşdükdən sonra, bir görüşdən min xatirə yaza bilər.

Mən Kəlbəcərdə olmamışam.

Ancaq Əlövsət müəllimi görəndə elə bildim ki Kəlbəcərdəyəm. Elə bildim Kəlbəcərin dağını, daşını, qayasını, dərsini, çayını seyr edirəm.

Çünki adamın duruşu, qaməti Klbəçərin dağları kimi əzəmətli idi...

Mən Atatürkü görməmişəm.

Ancaq Əlövsət müəllimi görəndə elə bildim Atatürklə üzbə-üz dayanmışam..

Çünki Əlövsət müəllimin baxışı, duruşu, məhz Atatürkü xatırladırdı..

Gözləri də ğöm göy, eynən Atatürkün gözləri kimi..

Əlövsət müəllim mənim gəlişimi həyət qabısından xeyli aralıda, Şamaxı yoluna qədər çıxıb, məni orda gözləyirdi..

Yola salanda da eynən...

Adamın, qonaq qarşılamağı, qonağa qulluq göstərməyi, yola salmağı, özü bir poeziya, ədəbiyyat, ədəbi nümunə, gözəl əxlaq idi..

Bir sözlə insanın davranışında bütün milli və mənəvi əxlaqi dəyərlər çəm olunub.

O görüş, xatirimdə sirli, sehirli bir boğça kimi qalıb.

Nə qədər yazmağa çalışsam da o hissi yazıya çevirə bilmərəm..

Bu gün bu böyük insanın, ustad şairimizin doğum günüdür.

Ad günün kutlu olsun Şairim!

Sənə, sağlam, xoşbəxt və uzun yaşamağı arzu edirəm.

Öpürəm, bağrıma basıram...