Ramiz Rövşəndən BİR ŞEİR

Ədəbiyyat 12:40 / 23.01.2026 Baxış sayı: 1616

Bu dünyada biz hərəmiz

Bir gunahın yiyəsiyik.

Hərdən-hərdən çəkdiyimiz

Gizli ahın yiyəsiyik...

 

Ölüncə, illər uzunu

Dəyişsək də yüz cür donu,

Yenə bu ağzın, bu burnun,

Bu gulağın yiyəsiyik...

 

Baxt quşudu uçub gedən,

Bizdən küsüb, köçüb gedən.

Cini çoxdan gaçıb gedən

Bir çırağın yiyəsiyik...