Oxucularına özəl dəvət - GÜLƏR  ELDARQIZINDAN

MƏDƏNİYYƏT 13:39 / 24.05.2024 Baxış sayı: 7198


Yazıçı Gülər Eldar Mayın 25 və 26-sı Elmlər Akademiyasının parkında keçiriləcək III TÜRK DÜNYASI Ədəbiyyat və Kitab Festivalında tanınmış pedaqoq-jurnalist Akif Şahverdiyev haqqında hazırlanmış monoqrafiyanı oxuculara təqdim edəcək.

XII fəsil, 402 səhifədən ibarət olan kitabda  onun zəngin ömür yolu əks olunmuş, yaradıcılığı barədə geniş məlumat verilməklə əsərləri şərh edilmiş, həmçinin həyatının müxtəlif dövrlərinə şahidlik etmiş şəxslərin xatirələri toplanmışdır.

Akif Şahverdiyev kimi tanınmış pedaqoq- jurnalistə həsr edilmiş monoqrafiyanın dərc edilməsi bu il 149 yaşını qeyd edəcək milli mətbuatımızın tədqiqi və təbliği istiqamətində bir töhfədir.