Məmməd Qədir - Biganə qalma

Ədəbiyyat 12:25 / 23.01.2026 Baxış sayı: 2204

 

Sevda dolu bir dənəm,

Sərçə, biganə qalma.

Güvən alın yazına,

Bürcə biganə qalma.

 

Ox dəyə, esq fışqıra,

Hər zərrəm sən qışqıra,

Qıyma dərd sıxışdıra,

Küncə, biganə qalma.

 

Dərdin kövrək, qəm zərif,

Gül zərifdi, sən zərif?

Varmı sevgimdən zərif,

İncə, biganə qalma.

 

Bir dənizdi sevgim, üz,

Çiçəyin qır, gülün üz,

Zorla dözürəm gündüz,

Gecə biganə qalma.

Bənd olandan sən gülə,

Döndüm qərib bülbülə,

Ya sev, ya nifrət elə,

Bircə biganə qalma...