Kəramət : -  TƏKƏBBÜR ZƏİFLİK ƏLAMƏTİ...

YAZARLAR 08:44 / 14.07.2024 Baxış sayı: 2631

 

ATATÜRK QƏLƏBƏSİNİN TƏVAZÖSÜ

...şəkillər çıxır qarşıma; tribunadan, məsclisdən, iclasdan, tədbirlərdən, xüsusilə, geri aldığımız torpaqlardan....

Yandı-yandı verən, göstərməlik, şəkli üstünlük yağır.

İllah da vəzifə sahibləriylə, populeritesi keçicilərlə, deputat-meputatla yalaqalıq yağan fotolar...Hardasa çap olunmaq, saysız ad-mükafatlar, t/v-lər və s....

Sevunci bölüşmək normaldı, BUnu bir zad saymaq əskiklikdi.

Qoy deyim, qalmasın, zatən kimdənsə sözümü əsirgəməmişəm, arxa planım olmayıb , nə düşünmüşəmsə, açıq-qəlbliklə demişəm.

Sevinci paylaşmaq ayrı şeydi, gözə soxmaq ayrı şeydi, uğurunu bölüşmək başqa, başqasına aşağılıq duyğusu aşılayan POZ vermək ayrı...

Mən yxşı bilirəm..SİZLƏR qədər..hardan girsən hardan çıxacaqsan, hansı addımı atsan nə olacaq sonrası...

,Şuşaya APARILANLARIN, AYB-dən mükafat, mənzil alanları 95%-i

MİSRAMCA GƏLMƏZ...

Təbriz də, Zəngəzur da, İrəvan da bizim olsun təki, mənim bir önəmim yox, əsas o ki, YURD bütöv olsun.

Mən Ədaləti, Vətəni özümə görə istəmirəm, şeiri də ona görə yazmıram ki, nəsə umacaqğım var və heç anlamadığım bir şey var ki, adam da yaradıcılığa görə nəsə umarmı?

Büttov ədalət içində öz ədalətimi, Btöv Azərbaycan içində öz sevincimi istəməyim də normal qarşılansın gərək...mənə görə vətən, mənə görə AYB , mənə görə hərşey piştaxta düşüncəsindən də aşağılıqdı.

Nailiyyət, qələbə fizikən qarrşı tərəf üzərində olsa da QƏLƏBƏNİ DƏ şərəflə daşımaq gərək....

Dünyada heç bir xalq BİRİ-BİRİNDƏN ÜSTÜN-ƏKSİK DEYİL, FƏRDLƏR DƏ..

Özünü başqasından üstün saymaq nasismdi...insana yaraşmayan, bütün münaqişələrin də mənbəyidir...

Atatürklə bağlı çox sevdiyim, Çanaqqalada eşitdiyim bir xatirə həmişə köksümü qabardıb:

Qurtuluş savaşındakı zəfərdən sonra Mustafa Kamal Atatürk Çanaqqalaya gələndə onun ayaqları altına yunan bayraqlarını atarlar ki, tapdalayıb keçsin..Bu ...adını tarixə yazdıran KİŞİ neyləyər, bilirsizmi?

DEYƏR: "BU BAYRAQLAR BİR ULUSUN ŞƏRƏFİDİR, NƏ OLSUN Kİ, QƏLƏBƏ QAZANMIŞIQ, QALDIRIN O BAYRAQLARI VƏ BURDA ÖLƏN NƏ QƏDƏR İNGİLİS, FRANSIZ, YUNAN VARSA, ƏDƏB-ƏRKANLA DƏFN EDİN, ONLAR İNDİ BİZİM MÜSAFİRLƏRİMİZDİR...

.........................!!!

Təkəbbür əskiylərin, görməmişliyin, köksüzlüyün işidir.

Nobel mükafatını kiminsə alması mənim üçün heç bir məna kəsb etmir, "Hələ bir baxım görüm nə Yazıb?"...bunu da mənim bir az ömrümü həsr etdiyim ədəbiyyatın nəmənə olduğunu azdan-çoxdan bilməyimə yazın.