Adil Şirin - İlin son Çərşənbəsi
Ədəbiyyat
12:15 / 17.03.2026
Baxış sayı: 187
* * *
İlin son Çərşənbəsi,
Tar səsi, kaman səsi.
Aynalarda baxtımız,
Könüllərdə taxtımız
Hər uşaq bir çicəkdi,
Hər ana bir mələkdi.
Qızlarımız həyalı,
İgıdlərin xəyalı.
Durnalar göydən keçir,
Atlılar köydən keçir.
Qızlar ürkək baxışlı,
Yaylıqları naxışlı...
Dağlar, daşlar oyanır,
Əlvan rəngə boyanır...