Zəka Vilayətoğlu -Şükür olsun Yaradanın adına

Ədəbiyyat 13:03 / 17.03.2026 Baxış sayı: 271

Şükür olsun Yaradanın adına

Dünya gülür, həyat gülür, yaz gülür

Ürək coşur, qanadlanır nəğmələr,

Dilə gəlir pərdə-pərdə, saz gülür!

 

Qış yuxusu çəkildikcə gözündən,

Ana torpaq söz etdirir özündən,

Yaz Günəşi öpür gözəl üzündən

Güllər açır, işvə gülür, naz gülür!

 

Gözəlliyi gördükcə qəm azalır,

Ürəyimin bir küncündə sozalır.

Zənn etmə ki, Zəka daha qocalır,

Hələ səsi gəlir, xoş avaz gülür!