Bəhram Bilaloğlu - Duyğularım rəng dəyişir
Duyğularım rəng dəyişir,
Öyrəşə bilmirəm hələ.
Tutduğum hər diləyimi
Gətirmirəm sözə, dilə.
**Rənginin min gözəlliyi,
Açdığı çiçək başqadır.
Zövqümə zövq qatanı var,
Qoşduğu bəzək başqadır.
**Dəyişməyən təkcə mənəm,
Haqq yolunda dayanmışam.
Ümidlərim işıq saçıb,
Saçdığında oyanmışam.
**Halıma hal qatır fələk,
Səbaya bel bağlayıram.
Açılmayan sirlərini
Ərşə yığıb saxlayıram.**