Kəramət : - QÜRUBUN SÜBH ÇAĞI
Miladdan o üzdəsən
İlin ilimdə.n küsüb
A dodağı büzməlim,
Dilin dilimdən küsüb.
Daha Ağrı dağıyam
Həsrətin üz ağıyam
Qürubun sübh çağıyam
Əlin əlimdən küsüb.
Zamanı dartıb gedir
Şeiri də sarsıb gedir
Kəfəni yırtıb gedir
Şair ölümdən küsüb.