Kəramət : - MƏZARIN DA VƏTƏNİNƏ DAR GƏLİR

(ÇİLAYİ-VƏTƏN OLMUŞ BÜTÜN FİKİR, RUH DAŞIYICILARINA)
Sərhədlərin buz nəfəsi üzündə
"Onda gördün buram-buram qar gəlir"
Hara getsən qaçamazsan izindən
Şər qarışıb, gözlərinə tor gəlir.
A didərgin, fikri- ruhu qovulmuş
Üz-gözündə təbəssümü sovrulmuş
Hər şey keçmiş..ya "..mış" olmuş, ya da "..mUş"
Xatirələr qoşun-qoşun, gur gəlir
Hər bir kəsin ömrü ona vətəndi
Ögey ANA olmayaydı Vətən də
A pir olmuş, hər tərəfin vətəndi
Məzarın da vətəninə dar gəlir.