Kəramət : - İSTEFA, İMTİNA BİR MƏDƏNİYYƏT

YAZARLAR 21:26 / 28.01.2023 Baxış sayı: 1935

 

...GÖSTƏRİSİDİ, Bizdə kimsə istefa etmir, özünü meymunluğa qoyursa, hər oyundan çıxırsa..deməli mənsəb sahibləri cinayətkar və ləyaqətsizdi- layiq olmadığı halda orda oturublar, ədəbiyyat cameəsi qarışıq.

ƏDLİYYƏDƏ, HƏTTA HÜQUQ ORQANLARINDA ƏDALƏT TƏRƏZİSİ POZULA BİLƏR, AMMA YAZIÇI MÜHİTİNİN BU QƏDƏR ƏDALƏTSİZ, MANISLIQ DÖVRÜ HEÇ OLMAMIŞ.

Yəni yazıçı...qatilə belə , obraz olaraq, ədalətli davranan varoluşdu. O da başını ayağıyla qaşıyırsa və insan aldatmaçıĞıyla məşğulsa, (mənim xitabım, az-çox istedadı olanlaradı)...vay halımıza.

Bir yazıçı kraldan çox kralçılıq edirsə, cəllada "Rəhmət" oxutdurursa, o məmləkətdə hər şey bitmişdir, ona görə ki,

ŞAH ŞAİRDƏN DAHA ƏDALƏTLİDİ.

ÜSYAN etmə alternativ fikir bildir, başqa bir yol göstər.

ADAM DA 20 İL DEPUTAT, NAZİR VƏ SAİRƏNİN ......BAŞI OLAR?

İkiayaqlı məxluqatsan da, lap möhtərəm deyir ki, get filan şey ol..əgər sənin ləyaqətin varsa, etiraz da edə bilərsən , amma altını batırmısansa (Çin ata sözüdü;"Kimsə yerindən qalxmırsa, altını batırmışdır.")

Çox yorğun, ordan-burdaçı, öz cahilliyində inadkar bir əhatə dairəsindəyik.

Əhatə dairəsindən çıxmağa cəhd edənlərsə, şablon dillə desək, "qaymaqlardı"...

Bir beyin köçü..bütün köçgünlükdən, qaçqınlıqdan daha ağırdı..

Fiziki köçlə, mənəvi köç kimi...

İndiki gənclik

-Mən qürbətdə deyiləm

Qürbət mənim içimdə,-

-şeirləri-nağılları oxumur, sadəcə gedib öz həyatını yaşayır. Yeni duyğu-düşüncəylə yepyeni yazılar yazır, həyatını yaşayır.

ÖZ HƏYATINI MOİZƏLƏRƏ, NAĞILLARA QURBAN VERMİR.