Fərhad Tapdıqoğlu - Ay sağsağan ,xəbər apar soruşanlara ,mən sapsağlamam,sapsağam...
Düşüncələr
Ay sağsağan,sağsağan!
Qoy məni sevənlər də,sevməyənlər də
bilsinlər ki, sapsağlamam, sapsağam...
Xəbər çatdır,ay sağsağan ,sağsağan!
=
Ay göyərçin!
Arzularım vardı çin-çin...
İstədim göyərsin ,biçim...
Təəsüf ki,göyərmədi,çin olmadı,biçilmədi,ay göyərçin,göyərçin!...
=
Tısbağa qınından çıxdı...
Gəzdi,dolandı,pis əməllərə qurşandı,qını haqqında xoşagəlməz sözlər danışdı...
...Sonra elədiklərinin peşmançılığını çəkib ,yenidən qınına qayıtmaq istəsə də,qını onu qəbul eləmədi...
( "Tısbağa qınından çıxdı,qınını bəyənmədi"nin yeni variantı")
=
Elə qoçaqsansa qurdları,çaqqalları...qov,uzaqlaşdır...
Sərçələr...balaca quşlar səni görəndə uçub gedəcəklər...