Fərhad Tapdıqoğlu - Kəllə

YAZARLAR 11:24 / 25.10.2026 Baxış sayı: 538

 

(miniatür)

Bir az da təbəssüm

Valideynləri deyirdilər ki,"oğlumuz kəl-lədir,yəni kəl-ləli oğlandır.Özü də kəl kimidir.Doğrudur,onun uşaq vaxtı kəl-lə daxili təzyiqi vardı. Artıq müalicə alıb,sağalmışdır".

Ona çox vaxt kəl-lə-paça

yedizdirirdilər ki,sümükləri möhkəm olsun.Çayı ancaq kəl- lə qəndlə içirdi kəl-ləli oğlan.

Həmin kəl kimi kəl-ləli oğlan neçələri ilə kəl-lə- kəl-ləyə gəlmişdi.Udduğu da olmuşdu,uduzduğu da bu kəl-ləli oğlanın.Kəl-ləli oğlan özü də özünü kəl kimi güclü hesab edirdi.

Düşünürdü ki,lap elə kəl- lə də kəl- lə kəl-ləyə gələ bilər.

Amma...

Bu kəl-ləli oğlan kəl-ləli birisi ilə kəl- lə kəl- ləyə gəldi,kəl-lə- mayallaq oldu...

Kəl kimi,həm də kəl- ləli oğlan kəl kimi yerə sərildi...

Kəl-lə sinirləri,kəl- lə sümükləri zədələnmişdi...

Kəl-ləli oğlanın valideynləri ağlaya- ağlaya öz başlarından, kəl- əllərindən yapışdılar...

Bu da kəl kimi kəl- ləli oğlanın aqibəti...