Rafail Inceyurd Ismayilov - SƏRGİ

Ədəbiyyat 15:47 / 25.10.2026 Baxış sayı: 198

 

-Sən də Ekspoda varsanmı, şair?

-Yox, orda nə gözüm, nə də yerim var.

-Orda nə görürsən gerçəyə dair –

-Nüfuz söhbətidi bu yarışmalar.

 

Tutalğac etmədim boz alqışları,

Ən pisi özündə azmaqdı, dostum.

Narahat etmərəm dost-tanışları,

Mənimki oturub yazmaqdı, dostum.

 

Gah kədər zor gəlir, gah mən əyirəm,

Mənasız olmadı ömrüm, hər nədi.

80-dən bu yana sərgiləyirəm,

Mənim kitablarım könüllərdədi.

25.10.26