Elşən Əzim -  Baltasıyam.

Ədəbiyyat 11:55 / 25.10.2026 Baxış sayı: 598

Yarıda kəsərəm yalan kəlməni,

Nahaq danışana söz baltasıyam.

Boy atan əyrini düzəltməz qəbir,

Əyri gövdələrin düz baltasıyam.

 

Sanma düyünlərin aça kötüklər,

Ortadan yarılmaz haça kötüklər.

Kül olar qarşımda qoca kötüklər,

Haqqın od əlində köz baltasıyam.

 

Sevgilim, könlümə toxunma qəsdən,

Titrəyir ürəyim o incik səsdən.

Vallah əriyənəm ilıq nəfəsdən,

Sən elə bilmə ki, buz baltasıyam.

23. 10. 2026