Sevil Azadqızı - GÜCÜM YETMƏYİR Kİ

Ədəbiyyat 12:15 / 26.10.2026 Baxış sayı: 694

 

Uzun-uzun bu yollarda,

Fikir atlı, mən piyada.

Çəkmədiyim nə qalıb ki,

Etibarsız bu dünyada?!

 

Dərd-ələmdir sağım, solum,

Çoxdan boşalıbdır dolum.

Gözlərim yol çəkmir daha,

Dirənib dalana yolum.

 

Ömrü geriyə sayıram,

Yenə də işıq yayıram.

Amma gücüm yetməyir ki,

Özümü səndən ayıram...

 

25.10.2025