GülsənəmCəlili. AYB-ninüzvü - İKİ ŞEİR
Mən bir şeir oxudum
( Xalq şairi Rəsul Rzanın əziz xatirəsinə)
Mən bir şeir,oxudum
torpaq ətri aldı məni,
ciyər dolusu çəkdim,
sanki,
çəmənlik olacaq qədər,
nəfəsindən toxum səpdim,
o toxumki, gözəlliyi göz duruldur,
baha rolur,
Yer qaynayır, göy qaynayır,
kuləyinə qoşuluram,
dağ, dərəyə dolanaram,
sularında coşuram,
yaşayıram.
Mən bir şeir oxudum,
Dəniz gördüm,
dalğasıyla
sahilinə yan aldım,
sandım ki,
baş, başa qaldım,
yanılmışam,
o dəniz axı,,
Mən bir şeir oxudum,
bir insanda,sevən ürək,
birbirinə güvənmək,
həyat var demək,
yaşamaq,yaratmaq,
yanmaq var demək,
Mən bir şeir oxudum,
sanki ürək döyünürdü,
o dil açan mısralarda görünürdü,
arzuları,istəkləri hönkürürdü,
zalımların ,cahillərin
fitnəsindən, nəfəsindən
Ancaq, ancaq ,
and içmişdi ,
Qaranlığıo boğacaq,
Şimşək olub od çaxacaq,
bulaq olub ağlayacaq,
Yaşayacaq,
Hər sübh çağı
Dan yerindən
Günəş olub parlayacaq,
Mən bir şeir oxudum,
Qönçə rəngli
al yanağı süb hşehli,
meh dəyməmiş
Sükut içi sevgili
Mən bir şeir oxudum,
Sonu deyil, nəsə yaza,
İmzayazıb Rəsul Rza,
Baxmadım da ilə aya,
Ulduz göydə gəlməz saya
Sonu deyil nəsə yaza,
İmzayazıb RəsulRza...
Zəfərdən yaz qardaşım
Şükr olsu bu günə,
Tanrının nur üzünə ,
Gecesi ,gündüzünə,
Çatılmaz daha qasim ,
Zəfərdən yaz qardaşım .
Dəmir yumruq yerində,
Birliyimiz birində,
Düşmənlərin önündə
Ucadır uca başım
Zəfərdən yaz qardaşım
Qarabağ A zərbaycan,
Ürəkdə döyünən can
Bunu göstərdi zaman
Yetər buna alqisim
Zəfərdən yaz qardaşım
Türk dünyası bəllidi
Toyu, yaşı bəllidir
Əsirdi, qərinədi,
Türkoğlu türk qardaşım,
Zəfərdən yaz qardaşım
Sərhəd boyu dirəklər
Çiyin tutub şəhidlər,
O qazilər igidlər
Can yoldasim, sirdaşım
Zəfərdən yaz qardaşım
Üçrənglidi bayrağım ,
Kölgəsində torpağım ,
Kimliyimdi varlığım ,
Dalgasi can naxişim,
Zəfərdən yaz qardaşım .
Gülsənəm qürur duyur,
Cəsarət, hünər duyur,
Qaynayan ruhd uyulur ,
Zəfərimdi göz yaşım,
Zəfərdən yaz qardaşım.