Elnur Uğur Abdiyev : QAYITDI

Millət Vəkili Qənirə Paşayevanın ruhuna ehtiramla!
Bəlkə,qəlbən deyildi
Duam da boş qayıtdı.
Gözümüz quru getdi,
Dönəndə yaş qayıtdı.
Sən tələsdin,ya zaman?
Amansız oldu aman.
Tanrının dərgahından
Bir quru "kaş" qayıtdı!
Haqqın meyindən içdin,
Keçdin, körpüdən keçdin.
Xalqa həqiqi elçim,
Haqqa yaddaş qayıtdı.
Ha açdım Allaha əl,
Səndən gen dursun əcəl.
Əcəl vermədi macal,
Sevdam naxoş qayıtdı?
Gözlər gözümdə gözlər,
Qayıdacaq əzizlər!
Neçə sevdiyim üzlər,
Gözümə daş qayıtdı.