Elnur Uğur Abdiyev - EŞQ

Ədəbiyyat 20:55 / 22.01.2026 Baxış sayı: 1552

 

Dəniz dünyada eşq yelkən,

Sevgisiz dünya məzardı.

Eşq olmasaydı başından,

Şeytan insanda azardı.

 

Səcdəyə gedən dizlərdə,

Tanrıya açılar gözlər.

Bəsirəti kor olsaydı,

İçində ölərdi üzlər.

 

Bu məzar dünyanı bazara,

Çevirə- çevirə gəldik.

Bir eşqin havası üstə,

Yelləncək yerdə yelləndik.

 

Əyləndik, əyləndik bu son,

Döndük ilk dayanacağa.

Mən getdim gözləyin məni,

Sabah da qayıdacağam.

 

Bu gün də şeytan azdırıb,

Örtüm üstümə yuxumu.

Eşqin qoynu ibadətdi,

Qalanı bidət toxumu.