Əlizadə Nuri - Əlim batıb zülfünə....

Ədəbiyyat 18:02 / 18.11.2025 Baxış sayı: 955

 

 

Ayrılıq- dar ağacı,

Öz boynumda kəndirəm.

Mən sənə məktub yazıb,

Xəttimi düzəldirəm...

 

Bədənin su quyusu-

Kuzə çıxmaq istəmir.

Əlim batıb zülfünə

Üzə çıxmaq istəmir.

 

Bu gecə yatmadım ki

Gecə bir az uzansın.

Kölgən düşsün küçəyə-

Küçə bir az uzansın...