Əli Əsədov Rusiya Prezidentinin köməkçisi ilə görüşdü

SİYASƏT 21:48 / 05.12.2022 Baxış sayı: 982

Baş nazir Əli Əsədov Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin ilə görüşüb.

Bu barədə   Yenises.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığa dair aktual məsələlər müzakirə edilib.