Əbülfət Mədətoğlu - BAMƏZƏ ŞEİR
Lal kimiyəm bir sükutun içində
Divarlar da danışmır ki, dindirim...
Qarşıbdı özəl dünyam içimdə -
Endirim var, endirim var, endirim...
Qar olsa da dağ sinəsin, dağ başı
Unudubdu elə bil ki, dağ daşı!
Bəxt yazımdı: - Ürəyində dağ daşı! -
İstəməzdim , bunu dilə bildirim...
Əbülfətin son ahı bir ildırım
Yolun üstə söylə, neçə il durum?!.
Bir söz deyib, səni elə güldürüm -
Kipriyini kipriyimlə qaldırım