Bəhram Bilaloğlu -Bəzən qəlbim üşüyür

Ədəbiyyat 13:00 / 22.01.2026 Baxış sayı: 4632

Bəzən qəlbim üşüyür,

Qovurur həsrət məni.

Sevgi verdiklərimin

Qurtarmır heç sər-qəmi.

 

Nədəndir bu intizar,

Soruşsan, səbəbi yox.

Səbəbsiz darıxmağın

Soyadı, ləqəbi yox.

 

Ümidim Allahadır,

Qoşul, birgə yol gedək.

Etmək istədiyini

Allaha xatir edək.

 

Solmaram etdiyindən,

İncimərəm sözündən.

Yarpaq-yarpaq toplayıb

Keçirmişəm gözündən.