Bakıya qar yağacaq - TARİX

MƏMLƏKƏT, Gündəm 11:26 / 16.01.2026 Baxış sayı: 3908

Qış mövsümünün bəzəyi olan qar yaxın günlərdə paytaxt Bakıya da üz tutacaq.

Yenises.az beynəlxalq meteoroloji mənbələrə istinadən xəbər verir ki, yanvarın 16-dan etibarən Bakıda sulu qar yağışının başlaması gözlənilir.

Proqnozlara əsasən, yağıntılar yanvarın 22-dək müşahidə olunacaq. Bu müddət ərzində hava temperatu nisbətən aşağı düşəcək.

Yanvar ayının sonuna qədər sulu qarın fasilələrlə yağması gözlənilir.