Aləmzər Sadıqqızı - Qaytar məni özümə...

Ədəbiyyat 12:54 / 23.01.2026 Baxış sayı: 1725

 

Yaşamağa gücüm yox...

Ölməyə də həvəsim ...

Gör necə daşdan çıxır,

Suyum, havam, çörəyim...

 

Günahım nədir Tanrım ,

Gəlməyibdi xoşuna...

Öləndə də bük məni,

gözlərimin yaşına...

 

Sənə güvənib Tanrım...

Çıxmışam orbitimdən.

Qaytar məni özümə...

As məni Göy üzündən...

 

Yusun yağışın məni,

Küləklərin ağlasın.

Quşların layla desin,

Ay da matəm saxlasın...

 

Götür məni yanına,

Ən çox sevdiyin kimi...

Bir qəmli sazın eylə...

Çal istədiyin kimi...

12.11.2016.