Aləmzər Sadiqqızı : - Mən sənə sevirəm deməyəcəyəm..

Gündə yüz yol sorsan, min dəfə sorsan,
Mən sənə sevirəm deməyəcəyəm...
Mən sevgi sözündən qorxuram ömrüm,
Mən sənə sevirəm deməyəcəyəm!
Çiçəyə deyəcəm, gülə deyəcəm,
Sevdiyim yurduma, elə deyəcəm,
Coşan şəlaləyə ,selə deyəcəm,
Mən sənə sevirəm deməyəcəyəm!
Sevdiyim adamlar köçüb getdilər,
Əlimdən ,alnımdan öpüb getdilər,
Məni sevə- sevə ölüb getdilər,
Mən sənə sevirəm deməyəcəyəm!
Aldığım nəfəsdən, ahıma qədər,
Ən təmiz duyğumdan, suçuma qədər...
Sevsən də könlümdən ruhuma qədər,
Mən sənə sevirəm deməyəcəyəm!
Sevgilər puç etdi çətin ömrümü,
Əydilər, qırdılar mətin ömrümü,
Sənə borclu qalım bütün ömrümü...
Mən sənə sevirəm deməyəcəyəm!
Mən sənə sevirəm deməyəcəyəm