Ağaevli Əli Hacı : - Çox çalışdım görəm səni,

Çox çalışdım görəm səni,
Həm ortada,həm qırağda!
Söz ,
Bir də,
İtən gün oldu aralığda !
Adınla gəzdim sənsizliyi,
Tənhalığımın gözüylə gəzdim !
Ayrılığına yandırdığım,
Ömrün közüylə gəzdim !
Hər ölən günü,
diri görmək istədim !
sənsiz gələn günləri,
ölü görmək istədim !
Görmək istədim,
görünmədin !
Sevmək istədim,
sevinmədim !
Sənə,ölmək istədim,
ölmədim !