Zəka Vilayətoğlu - Dostlar üçün belə bir nəğmə...
Ədəbiyyat
18:04 / 10.06.2026
Baxış sayı: 223
Getmək asandırsa, get
gözüm hey axtaracaq,
Tapmayınca səni bil,
hər an məndən soracaq...
Bəs necə edim ki, o
dolmasın, çağlamasın...
Nəylə ovudum onu
Uşaq tək ağlamasın,
De, özünmü gedirsən,
Yolmu aparır səni,
hansı dəli ehtiyac
məndən qoparır səni?
Eh, biləsən bu ürək
nə duyğulardan keçir,
Bilirəm, vüsal yolu
ayrılıqlardan keçir.