Xatirə Fərəcli - MƏN ŞANSIMIN QATİLİ
Ədəbiyyat
15:10 / 16.01.2026
Baxış sayı: 1773
Mən elə fürsətləri
gözardı etmişəm ki,
ayağıma gələni
adlayıb getmişəm ki.
Şans döyəndə qapımı
yuxulu olub ağlım,
elə yuxuda qalıb
bəxt deyilən nağılım.
Söndürdüyüm ocağın
külüdür oynadığım,
öldürmüşəm çarəni
ölüdür oynadığım.
Bu bəxtin, belə suçun
nə andı, nə əmini?!
Mən şansımın qatili,
imkanımın qənimi.