Xanım İsmayılqızı - Sükutu eşitmək...

Ədəbiyyat 08:06 / 11.07.2025 Baxış sayı: 981

Sükutu eşitmək,

Üzünü görə bilmək,

Cavabsızlığın rəsmində,

Kor baxışında azmaq...

Bu sükutdan səsini pozmaq...

Qulaqlarım batdı

Sükutun bağırtısından...

Sükut - qorxulu imiş

Dil açmadan ağrı çəkən

Körpə çığırtısından...

Sükut - ağlından qaçan

Dəli kimiydi həm də...

Sükut - yaşananları

Özündə basdıran

Ölü kimiydi həm də...

...Sükutda idim mən də...

2013.