"USAID humanitar çətir altında dünya xalqlarına , ölkələrə qarşı bilavasitə mənəvi terror həyata keçirmişdir"- Tahir Rzayev, deputat.

SİYASƏT 09:28 / 15.02.2025 Baxış sayı: 2882

Yenises.az  xəbər  verir  ki, Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Bayden Administrasiyasının son dörd ildə həyata keçirdiyi siyasət bəşəriyyətə bir xəyanətdir və Amerika Birləşmiş Ştatlarının  demokratik imicinə çox böyük zərbə vurmuşdur: “Bu antimilli, antidemokratik siyasət, bilavasitə ölkələrin müstəqilliyinin, xalqların sıxışdırılmasına, müharibə ocaqlarının, alovlandırılmasına, qarşıdurmaların bilavasitə genişləndirilməsinə hesablanmışdır. Bu, acı reallıqdır. Rusiya, Ukrayna, Fələstin, İsrail və Suriyada baş verən hadisələr, Azərbaycan- Ermənistan sülh müqaviləsinin bağlanmasına maneəçilik və qonşu İrana, eləcə də müstəqilliyini təmin edən ölkələrə təqiblər bunu deməyə əsas verir”.

Deputat hesab edir ki, bu siyasət casus şəbəkələri ilə birgə həyata keçirilmişdir və bu şəbəkələrdən biri də USAID adlı təşkilatdır

“USAID-in son illərdə bir casus şəbəkəsi kimi formalaşdırdığı və bilavasitə bəşəriyyətin əleyhində işlədiyi aydın faktlarla sübuta yetirilmiş və dəhşətli faktlar bu gün də araşdırılmaqdadır.

USAID humanitar çətir altında dünya xalqlarına qarşı, ölkələrə qarşı bilavasitə mənəvi terror həyata keçirmişdir. Azərbaycan da bu terrora məruz qalan ölkələrdən biridir.

USAID 1990-cı ildə Ermənistanı maliyyələşdirməklə təcavüzkar dövlətin qeyri-hökumət təşkilatlarına, müəyyən dairələrinə də külli miqdarda vəsait ayırmaqla, eləcə də özünə tabe etdirdiyi bir çox media qurumlarını antiAzərbaycan təbliğatına cəlb etməklə, ölkəmizə qarşı çox böyük yaramaz fəaliyyət nümayiş etdirmişdir.

50 milyard dollarlıq maliyyə bazasına malik olan və bunu bilavasitə dünyada demokratiyanın, sülhün bərqərar edilməsinə, humanist tədbirlərin göstərilməsinə deyil, terrora riyakarlığa sərf edən USAID adlı təşkilat milyonlarla insanın faciəsinə səbəb olmuşdur”-deyən Tahir Rzayev bildirib ki, Donald Tramp yenidən ABŞ prezidenti seçiləndən sonra bu mənfur və terrorçu təşkilatın riyakarlığını üzə çıxarmış və onun bağlanmasına qərar vermişdir.

Deputatın fikrincə, Donald Trampın bu qərarı müstəqil dövlətlər tərəfindən mənəvi terrora məruz qalan ölkələr xalqlar tərəfindən rəğbətlə qarşılanmış və USAID-in süqutu yüksək rəğbətlə qeyd edilmişdir.

“Bu terrorçu, riyakar təşkilatın geniş masştabda fəaliyyəti, xalqları və dövlətləri qarşı- qarşıya qoyması Azərbaycan üçün də təhlükəli idi və hələ USAID bağlanmamışdan əvvəl cənab Prezident televiziya müsahibəsində bu təşkilatın yaramaz fəaliyyətini açıb göstərmiş və onun mənfur məqsədlərini dünya ictimaiyyətinə çatdırmışdır. Bu gün USAID yoxdur. Belə bir əminlik hasil etmək olar ki, dünya xalqlarının, demokratik dövlətlərin və sülhsevər rəhbərlərin fəaliyyəti sahəsində belə təşkilatlar siyasi səhnədən çıxarılacaq və xalqların birliyinin, bərabərliyinin, əməkdaşlığının təmin olunması üçün çox böyük uğurlu siyasət həyata keçiriləcəkdir”-deyə Tahir Rzayev qeyd edib.

Tahir Rzayev vurğulayıb ki, ölkələrin əməkdaşlığı, münasibətlərin yaxşılaşması bəşəriyyətin xeyrinədir və Azərbaycan da bu yolu tutub, bu məqsədə xidmət edir və ABŞ-ın son günlərdə həyata keçirdiyi tədbirləri rəğbətlə qarşılayır.