Ülkər Nicatlı - GÖRDÜM
Taleyin yolları azıb dumanda,
Göz yaşım can verir neçə gümanda.
Kövrək arzularım nicat umanda
Ümidin boynunu bükülü gördüm.
Səbrim daşa çırpıb öz yaddaşını,
Ocağım söndürüb köz yaddaşını.
Doldura bilmədim söz yaddaşını,
İçində nə qədər söz külü gördüm.
Bir kövrək çiçəyi qoxuyum-dedim,
Durub gözlərini oxuyum-dedim.
Bəxti bircə naxış toxuyum-dedim,
Ömrün ilməsini sökülü gördüm