Tural Cəfərli  - SƏNƏ

Ədəbiyyat 09:40 / 09.02.2026 Baxış sayı: 438

 

 

Bir də görürsən ki, qırıq bir ümid,

Qanadsız uçmağı öyrədir sənə.

Sonra ayağına o ki var döyüb,

Özündən qaçmağı öyrədir sənə.

 

Hərdən qorxuludu, hərdən qəribə,

Bəzən də qəddardı, vurur ən dibə.

Fikrini zikrini salıb boş cibə,

Əlini açmağı öyrədir sənə.

 

Dayanıb üz-üzə, nifrətə qarşı,

Oturub göz-gözə, həsrətə qarşı,

Nə vaxtsa yolunda zülmətə qarşı,

İşıqtək saçmağı öyrədir sənə.