Tural  Cəfərli - "Daş"

Ədəbiyyat 11:31 / 12.11.2025 Baxış sayı: 1201

 

Ay mənim yoluma daş düzən adam,

Nə gözəl etmisən, daşına şükür.

Ayağım bərkidi sənin sayəndə,

Düşünən beyninə, başına şükür.

 

Sənin sağlığına həmin daşları,

Yığıb mən özümə ev düzəltmişəm.

Sonra nağıllarda olduğu kimi,

Səninçün qorxulu div düzəltmişəm.

 

Ay mənim yoluma daş düzən adam,

Daş saxla, nə vaxtsa satarsan mənə.

Bir gün əlindəki qalan daşları,

Günahsız olanda atarsan mənə.