ŞƏHİD YADİGARI
Göyüşov Məzahir Niyaz oğlu- 07.03.1992-ci ildə Füzuli rayonunda doğulmuşdur. Təhsil həyatına Beyləqan rayon 6 saylı orta məktəbində qədəm qoymuş, 2000-ci ildən etibarən təhsilinə Tuğ kənd orta məktəbində davam etmişdir. 2011-ci ildə orta məktəbi bitirmişdir. 2012-ci ilin aprel ayında Ədliyyə Nazirliyinin tabeliyində olan hərbi hissədə xidmətə başlamışdır. 2013-cü ilin oktyabr ayında tərxis olmuşdur.
Bir müddət Bakı şəhərində mühafizə xidmətində çalışmışdır. 2017-ci ilin aprel ayında müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılmış, BMP komandiri vəzifəsini icra etmişdir.
27 senytabr 2020-ci ildə başlayan Vətən müharibəsinə ilk gündən atılmışdır. Füzuli istiqamətində kəndlərin azad olunmasında iştirak etmişdir. 30.09.2020-ci ildə Cəbrayıl rayonunun Nüzgar kəndində şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur. Bir övladı yadigar qaldı.
Şəhid Göyüşov Məzahir Niyaz oğlunun övladı Göyüşov Məzahir Məzahir oğlu bu gün Masazır kəndi 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 1-ci sinfində təhsil alır.