Rafail Incəyurd Ismayilov - NİYYƏT

Ədəbiyyat 08:51 / 16.03.2026 Baxış sayı: 144

 

 

 

Allah xalqı düzəlməyən yanlışın

Sağalmayan xətərindən qorusun.

Qoymaz ötə o şeytanlar həddini

Adamı öz qədərindən qorusun.

 

Düz yeriyib bu yollara gələk tən,

Gərək keçə görülən iş ələkdən.

Yorulanda gileylənmə fələkdən,

Şükr elə ki, betərindən qorusun.

 

...Hər yaz çıxsın torağaylar qabağa,

Çox yaraşır “cəh-cəh” dolu xor bağa.

İncəyurdun istəyini torpağa

Məhəbbətlə ötürən dən qorusun!

15.03.26