Şövkət Zərrin Horovlu - Şeirimsən külək
Yenə də sərsəri küləklər əsir,
Özün pəncərəmə toxiyub gedir.
Elə bil ozandı ,əlində sazı ,
Külək nəğməsini oxuyub gedir.
Küləyə qoşulub çıxıram yola,
Bir həsrət üşüyür baxışlarımda.
Yuvasız quş kimi sarı yarpaqlar,
Uçunur ağacın koğuşlarında.
İçimdə çırpınır qəm küləkləri,
Titrədir canımı sıxır bayaqdan.
Bəlkə də əcəldi , gəlub bu yaşda,
Qapı- pəncərəmdən baxır, bayaqdan?
Külək, yaddaşında qalıbmı sənin,
Hər gecə yuxuda kəndə getməyim?
Qapımızda paslı qıfılı görüb -
Səninlə çöllərdə gecələməyim?
Sübhətək gözlərdim hər gəlişini,
Sanardım, sirdaşım sehrimsən, külək.
Pəncərəmi döyüb ötmə xəlvəti,
Sən mənim nəğməli şeirimsən, külək!