Əşrəf Veysəlli - BU DAĞLARIN

Ədəbiyyat 08:45 / 16.03.2026 Baxış sayı: 201

 

Səmasında bulud kimi

dola

adam bu dağların.

Nəğməsini öz qəlbiylə

çala

adam bu dağların.

Yolu düşə, gül çağında,

isinə gül ocağında.

Sığınıb bir bucağında

qala

adam bu dağların.

Gözəllikdən göz isinə,

Dodaqlarda söz isinə.

dərman bilib, qadasını

ala

adam bu dağların.

Dağlar— gözəlliyin tacı,

şəlalələr— gümüş saçı…

Heç olmasa bir ağacı

ola

adam bu dağların.

Yorulmasa yoxuşunda,

islanmasa yağışında

çiçək kimi ağuşunda

sola

adam bu dağların.