Saqif  Qaratorpaq - Mən səni sevirəm,fikir eləmə

Ədəbiyyat 19:15 / 10.11.2026 Baxış sayı: 154

**

Mən səni sevirəm,fikir eləmə,

Çəkinmə borandan,çəkinmə qışdan.

Üşüyən bir qəlbin açılar donu,

Bir isti kəlmədən,bir xoş baxışdan.

 

Mən səni sevirəm,fikir eləmə,

Qar yağan dağlara yenə gün doğar.

Şaxtanın,sazağın qorxusu yoxdu,

Hələ ki ürəkdə eşq var,sevda var.

 

Mən səni sevirəm, fikir eləmə,

Əriyər yolların buzu bir anda.

Mələklər eşidər dualarımı,

Gətirər səni də öz qanadında.

10.11.2026.