Rəfail Tağızadə -Şuşa zəfəri

Ədəbiyyat 18:11 / 09.11.2026 Baxış sayı: 294

 

Sevinclərə sevinc qatan o günün,

Qəhqəhəsi atəşlərin selində.

Bayrağımda öpüşlərin bal izi

Dalğalanır zirvələrin əlində.

Kim sevinməz qələbənin dadına?

Arzularım, istəklərim canında.

Həsrətimiz boz rəngini dəyişdi

Oğulların, ərənlərin qanında.

Zəfərlərə zəfər qatan igidin

Alqışına milyon əllər əl çalır.

Səda gəzən obaların, ellərin

Torpağı da sevinclərdən qol açır.

Bayraqdakı dalğaların səsinə

Səs verəni içdən gələn sədadı.

Bu tarixin həm möhürü, nidası -

Zəfərlərin zirvə adı Şuşadı!